Bütün dünyada olduğu kimi, Türkiyədə də universitetlər iki kateqoriyaya bölünür. Dövlət və vakıf ali təhsil müəssisələri. Dövlət universitetlərində illik təhsil haqqı 500– 2000 AZN civarında dəyişir. Tibb ixtisaslarında illik ödənişi 5000– 10000 AZN həddindədir. Tələbələr ödənişi universitetə ildə iki dəfə olmaqla, payız və yaz aylarında ödəmək imkanı əldə edirlər.
Özəl universitetlərin təhsil haqqı ödənişi illik 2000– 10.000 ABŞ dolları aralığındadır. Tibb ixtisasların illik ödənişi 10.000– 30.000 ABŞ dolları civarındadır. Tələbələr ödənişi universitetə ildə iki dəfə olmaqla, payız və yaz aylarında ödəmək imkanı əldə edirlər.
Abituriyenlərin Türkiyə səfəri:
Hava nəqliyyatı – Təyyarə ilə gediş üçün ödəniş təxmini olaraq 300 – 500 AZN arası dəyişir.
Avtobus– Bakı Beynəlxalq Avtovağzalından Türkiyənin İstanbul, Ankara, Bursa, Trabzon şəhərlərinə mütəmadi reyslər həyata keçirilir. Gediş haqqı 100 AZN civarındadır.
Tibbi sığorta və daimi qeydiyyat üçün ödəniş nə qədərdir?
Sığorta ödənişləri :
16 – 25 Yaş aralığı : 2000 TL (2 illik)
26 – 35 yaş aralığı : 2200 TL (2 illik)
Türkiyədə yaşayış təminatı necə həyata keçirilir (Yataqxana və ya fərdi mənzil)
Türkiyədə tələbələrin mütləq əksəriyyəti özəl yataqxanalarda yaşayır. Özəl yataqxanaların aylıq ödənişi ortalama 100-200 AZN arası dəyişir. Böyük şəhərlərdə isə özəl yataqxanaların ödənişi ortalama 200 – 300 AZN civarındadır. Kiyarə mənzillərin ödənişi aylıq 150 – 250 AZN arası dəyişir, böyük şəhərlərdə isə aylıq 300– 400 AZN həddində qərarlaşır.