Türkiyə universitetlərinə qəbul zamanı aşağıdakı sənədlər tələb olunur:

Bakalavr təhsili üçün lazım olan sənədlər:

Attestat (Arayış)

Transkiptr (9-11 ci sinif qiymətlər cədvəli)

Xarici pasport və ya şəxsiyyət vəsiqəsi

Foto şəkil (4.5×6 ölçüsündə 4 ədəd)

Magistratura təhsili üçün lazım olan sənədlər:

Bakalavr Diplomu (Əks halda arayış)

Diplom əlavəsi (Transkiptr)

Xarici Pasport və ya şəxsiyyət vəsiqəsi

Foto şəkil (4.5×6 ölçüsündə 6 ədəd)

Referans məktubu

CV

“EGE GROUP” Türkiyədə təhsili almaq istəyən soydaşlarımıza təklif edir:

– Rəsmi şəkildə universitetlərə müraciət olunması

– Universitetə qəbul olunma barədə rəsmi sənədin alınması

– Azərbaycanda əldə edilən diplomun Türkiyə hökuməti tərəfindən nastrifikasiya (tanınma) sənədinin alınması

– Tələbə adını qazananların qarşılanması, yerləşdirilməsi, sənədlərin tərcümə və təsdiqi, yataqxana və kirayə təminatı

– Sığorta və “oturum izni” (daimi qeydiyyat) əldə edilməsi.

– Tezli təhsil alanların işlə təminatına dəstək

– Tədris saatları seçimlərinin olması

– Təhsil müddətində hərtərəfli və tam dəstək.