Bakalvarı bitrənlər üçün Türkiyədə unikal təhsil və iş imkanları…

Türkiyənin təhsil dünyasını “Ege Group”la səyahət edin!

Magistratura tam ali təhsil sayılır. Türkiyədə magistratura təhsili iki formada həyata keçirilir. Bunlardan biri tezli, digəri isə tezsizdir. Tezli magistratura formatını əsasən akademik hədəfləri (dokturantura, akademik, karyera) planlaşdıran tələbələr seçə bilərlər. Bu onlara imkan verir ki, gələcəkdə qazandığı magistr diplomuna əsasən elmi fəaliyyət göstərə və tədris fəaliyyəti ilə məşğul olsunlar. Bu zaman bakalavr diplomu ilə uyğunluq vacib şərtdir. Bu olmadıqda isə onlar bakalavr və magistr təhsili arasında əlavə altı ay kurs keçməli olurlar. Tezli magistratura təhsil müddəti iki ildir.

Bəzi dövlət universitetləri qəbul üçün ALES, GRE, GMAT imtahan nəticəsi tələb edir. (hər bir universitetdə qəbul şərtləri fərqlidir). Vakıf universitetlər isə qəbul üçün heç bir imtahan nəticəsi tələb etmir, qəbul yalnız bakalavr ortalaması (GPA) əsasında aparır. Tezli magistratura pilləsini bitirən məzunlar dokturantura dərəcəsi üzrə elmi araşdırmalarını davam etdirə bilərlər. Dövlət universitetlərinə müraciət zamanı GPA minimum 70 olmalıdır, Vakıf universitetlərə müraciət zamanı isə GPA minimum 60 olmalıdır.

Dövlət universitetlərində tezli ixtisaslar üzrə ortalama təhsil haqqı 500 – 1500 AZN civarında dəyişir. Vakıf universitetlərdə tezli ixtisasların təhsil haqqı isə ortalama 1000 ABŞ dollardan başlayır.

Tezsiz magistratura:

Bu format tam ali təhsilə əlçatanlığı təmin etməklə yanaşı, məzunları konkret hədəflər üzrə istiqamətləndirir. Eyni zamanda bakalavr diplomu ilə paralel olaraq digər sahələrdə də özünü sınamaq istəyənlər üçün bu unikal fürsət tanıyır. Yəni, bakalavrı bitirdiyi ixtisasdan asılı olmayaraq, müraciət edənlər istənilən ixtisası seçə bilərlər. Türkiyədə tezsiz magistratura üzrə təhsil alanlar gündəlik, lakin günün axşam saatlarında tədrisdə iştirak edirlər. Bu isə onlara öz növbəsində günün digər saaatlarında Türkiyədə çalışmaq və gəlir əldə etmək imkanı verir. Təhsil müddəti 1.5 ildir (1 il dərs, 6 ay təcrübə və layihə işlənməsi). Dövlət və Vakıf universitetlərinə qəbul üçün hər hansı bir imtahan nəticəsi tələb olunmur. Yalnız Bakalavr ortalaması (GPA) əsasında qəbul mümkündür.

Dövlət universitetlərinə müraciət zamanı GPA minimum 70 olmalıdır, vakıf universitetlərə müraciət zamanı GPA minimum 60 olmalıdır. Dövlət universitetlərində tezsiz ixtisasların təhsil haqqı ortalama 1000 AZN – 3500 AZN civarında dəyişir. Vakıf universitetlərdə tezsiz ixtisasların təhsil haqqı ortalama 1000 ABŞ dollarından başlayır.

“EGE GROUP” Türkiyədə tezli və tezsiz magistr təhsili almaq istəyən soydaşlarımıza təklif edir:

– Rəsmi şəkildə universitetlərə müraciət olunması

– Universitetə qəbul olunma barədə rəsmi sənədin alınması

– Azərbaycanda əldə edilən diplomun Türkiyə hökuməti tərəfindən nastrifikasiya (tanınma) sənədinin alınması

– Tələbə adını qazananların qarşılanması, yerləşdirilməsi, sənədlərin tərcümə və təsdiqi, yataqxana və kirayə təminatı

– Sığorta və “oturum izni” (daimi qeydiyyat) əldə edilməsi.

– Tezli təhsil alanların işlə təminatına dəstək

– Tədris saatları seçimlərinin olması

– Təhsil müddətində hərtərəfli və tam dəstək.

8 İLLİK TƏCRÜBƏ – bizə müraciət edin –https://egegroup.az/